Bərdə və Tovuzda marketlərdən oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən martın 3-də mağazadan 400 manat, tütün məmulatları və spirtli içki oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İmanov saxlanılıb.

Bundan başqa, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən yanvarın 11-də mağazadan pul, danışıq kartları və tütün məmulatları oğurlayan şəhər sakinləri Seymur Zeynalov və bir yeniyetmə saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.