Qaradağda keçmiş məhkum bacısını bıçaqlayıb

Median.Az xəbər verir ki, martın 9-da Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib.

Nəticədə qadın xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində C.Əzimov saxlanılıb.

Qaradağ RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.