Nardaran sakinindən 2 kq. yaxın heroin aşkar edilib

Median.Az xəbər verir ki, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək, evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilib.

Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.