Tbilisidə azərbaycanlı ana və iki oğlu saxlanılıb

Tbilisi yaxınlığında yerləşən Kvemo-Poniçala ərazisində azərbaycanlı ailənin üç üzvü saxlanılıb.

Median.Az qafqazinfo-ya  istinadən xəbər verir ki, saxlanılanlar Ələskərovlar ailəsindən – ana və iki oğludur.

Polisin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində əvvəlcə qadın, bir neçə saat davam edən yoxlanışdan sonra oğulları saxlanılıb.

Ələskərovlar ailəsinin aparılmasına etiraz edən yerli sakinlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Sakinlər yolu bağlamağa çalışıblar.

Ailə vəkilinin sözlərinə görə, onların saxlanılmasına səbəb Ələskərovlara məxsus avtomobildən bir neçə bağlama narkotik vasitənin tapılması olub.