Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub – FOTO

Mingəçevirdə yeni 1-ci köçkün şəhərciyinə bitişik ərazidə tonqal kimi qalanan ocaq böyük yanğına səbəb olub.

Median.Az ONA.az-a istinadən xəbər verir ki, bayram tonqalının odu ətraf ərazidə ki qamışlığa keçib.

Yanğın böyük əraziyə yayılıb. Yanğının tüsütüsü hətta şəhər mərkəzindən müşahidə edilib.

Şəhər FHN-nin yanğınsöndürmə briqadaları çevik müdaxilə ilə yanğının böyüməsinə və yaşayış sektoruna keçməsinə imkan verməyib.

Hal hazırda yanğın tamam söndürülüb.