Xırdalanda yol qəzasında qadın sürücü vəfat edib

Median.Az xəbər verir ki, saat 23 radələrində Bakı-Quba yolunun Xırdalan şəhəri keçən hissəsində, Quba rayon sakini Ş.Paşayeva idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.