Sumqayıtda “Daewoo” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, ötən gün saat 23 radələrində 13-cü mikrorayon ərazisində, şəhər sakini R.Həsizadə idarə etdiyi “Daewoo” markalı avtomobillə şəhər sakini S.Qədiməliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.