Qusarda “Opel” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 12-i saat 20 radələrində Aladaş kəndi ərazisində, rayon sakini Z.Paşayev idarə etdiyi “Opel” markalı avtomobillə həmyerlisi C.Ağamuradovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ-də faktla bağlı araşdırma aparılır.