Beyləqanda “Mitsubishi” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 12-i saat 20 radələrində Beyləqan şəhərində, şəhər sakini Ş.Təhməzov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə həmyerlisi T.Nağıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Beyləqan RPŞ-də faktla bağlı araşdırma aparılır.