Gəncədə “VAZ 2107” ata ilə oğlu vurub

Median.Az xəbər verir ki, martın 13-də Gəncə şəhəri ərazisində, Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurub.

Nəticədə S.Qəribov hadisə yerində ölüb, oğlu isə xəstəxanaya yerləşdirilib.

Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.