Abşeron rayonunda 2 avtomobil qaçıran şəxs tutulub

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş A.Mustafayevin “VAZ-21074” markalı avtomobilini qaçıran Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağamalızadə saxlanılıb.

Araşdırma zamanı onun, vətəndaş Ə.İmanova məxsus “VAZ-21074” markalı avtomobili də qaçırması müəyyən edilib.

Abşeron RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.