Xəzər rayonunda silahlı şəxs saxlanılıb

​Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əbilovu saxlayıblar.

Onun üzərindən kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar olunub.

Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.