Bakıda zəncirvari qəza – FOTO/VİDEO

Bakıda, 8-ci kilometr bazarının qarşısında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin oxu.az-a verdikləri məlumata görə, qəza nəticəsində 40 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobusun avtomobillə toqquşub, daha sonra isə hərəkətdə olan beş avtomobil bir-birinə çırpılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, qəza zamanı 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“72 yaşlı kişiyə isə yerində yardım göstərilib”, – deyə nazirlikdən bildiriblər.

Faktla bağlı araşdırma aparılır.