Nizami rayonunda ana ilə qızı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, martın 18-i saat 21 radələrində Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Lakin onlar xəstəxanaya müraciət etməyiblər.

Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan paytaxt sakini E.Alışov saxlanılıb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.