Neftçalada yol qəzası olub, xəsarət alan var

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Mirqurbanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Prado” markalı avtomobil toqquşub. Nəticədə rayonun Xanqışlağı kənd sakini, 1986-cı il təvəllüdlü Ağalarov Miraslan Mirkərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.