Gəncə sakini öncə qadını, sonra özünü bıçaqladı

Gəncədə qadın 30 yaşlı kişi tərəfindən bıçaqlanıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Amin münasibətdə olduğu 1989-cu il təvəllüdlü Abbasova Gülmürəni kürək və yan hissəsindən bıçaqlayıb.

Sonra isə özünə bıçaqla xəsarət yetirib.

Hadisə zamanı Amin İsmayilov sərxoş olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az