Kürdəmirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 212 km-də qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qarabucaq kənd sakinləri – 1990-cı il təvəllüdlü Vüqar Mahmud oğlu Mehdiyev və 2001-ci il təvəllüdlü Pünhan Şöhrət oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.