Ukraynadan Rusiyaya daha bir zərbə: “Kalaşnikov” silahlarından imtina ediləcək

Ukrayna polisi Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomatlardan və “Makarov” tipli tapançalardan imtina edəcək.

Median.Az yenicag.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.

Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: “Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

S.Knyazev əlavə edib ki, Ukrayna polisi Almaniya istehsalı olan “MP-5” tapança-pulemyot almaq istəyir.