Sumqayıtda yaşayış binasında yanğın – İnsanlar təxliyə olundu

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.