Sumqayıt sakini evində iş görərkən laqonda ilə əlini kəsib

Sumqayıt şəhərində evində iş görən şəxs laqonda ilə əlini kəsib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 39-cu məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mehdi Baləli oğlu Rəcəbov fərdi yaşayış evində iş görərkən əlini laqonda ilə kəsib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır