Yasamalda keçmiş məhkumdan “TT” götürülüb

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Şuari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.