Bakıda əks yola çıxan “Niva” səkiyə çırpıldı – VİDEO

Gecə saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Bakının Papanin körpüsü adlanan ərazisində baş verib.

Körpünün alt keçidində əks yola çıxan 99-ND-056 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil səkiyə çırpılıb.

Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəlib. Qəzadan sonra yolda tıxac yaranıb.

Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.