Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, martın 28-i səhər saat 4 radələrində Sarayevo küçəsindəki köşklərin birinə gələn naməlum şəxs, açıq talama yolu ilə oradan tütün məmulatı və danışıq kartı aparıb.

Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini S.Hacıyev saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə istintaq aparılır.