Bakıda daha bir yanğın

Bakıda yeməkxanada yanğın olub.

FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli tikilinin (yeməkxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Məlumata görə, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.