Bakıda narkotik satışı ilə əlaqədar 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

Ondan 11,1 kq-dan artıq marixuana götürülüb.

Bundan başqa, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanovun evindən 1 kq. 250 qram marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.