Usta hovuza düşərək öldü

Mingəçevir sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhərin “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib.

Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Lahıcov Fazil İslam oğlu yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi 1 metr olan hovuza düşüb.

Hovuzda köməksiz vəziyyətdə qalan usta ölüb.

Faktla bağlı araşdırma aparılır.