ABŞ-da məktəbdə atışma baş verdi

ABŞ-ın Arizona ştatının məktəblərindən birində atışma baş verib.

Median.Az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yeniyetmə tapançanı gizli şəkildə məktəbə keçirərək öz yaşıdını yaralayıb.

Silahlı polis tərəfindən saxlanılıb, zərərçəkən vertolyotla xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, hücum planlı xarakter daşıyırdı.