Niderlandda ictimai yerlərdə niqab avqustun 1-dən qadağan olunacaq

Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayınınbirində qüvvəyə minəcək.

Median.Az report-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab (üz örtüyü – “Report”) gadağan ediləcək.

Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.

Qeyd eək ki, bundan öncə Danimarka, Avstriya, Belçika, Fransa, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində bu cür qadağalar tətbiq edilib.