Bakıda yük və minik avtomobilləri toqquşdu – FOTO

Axşam saatlarında Bakıda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, qəza Böyükşor bulvarı yaxınlığında baş verib.

Hadisə zamanı “İsuzu” markalı yük avtomobili “Land Rover” markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur.