Azyaşlı uşaq məhbus atası üçün dövlət başçısına müraciət etdi – Video

Mənimsəmədə ittiham olunaraq həbs olunan Çingiz Əkbərovun övladı Əkbər Prezidentə müraciət edib.

Azyaşlı uşaq atasının azadlığa qovuşması üçün dövlət başçısına müraciət edib.

“Atam həbs olunandan sonra dərslərimi oxuya bilmirəm” deyən azyaşlı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar ona veriləcək hədiyyənin onun atasına qovuşmaq olacağını bildirib.

Çingiz Əkbərovun övladı Əkbər
Çingiz Əkbərovun oğlu Əkbər

Qeyd edək ki, “Muğanbank” ASC-nin Lənkəran filialının müdiri vəzifəsində işləmiş Əkbərov Çingiz Qulamhəsən oğlu Cinayət Məcəlləsinin 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs olunub.

Azyaşlı Əkbərin müraciətini təqdim edirik:

//bizimyol.info