Bakıda oğurluq edən 6 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evdən 200 dollar oğurlayan Göyçay rayon sakini H.Soltanov saxlanılıb.

Bundan başqa, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki ofisdən 2 ədəd noutbuk oğurlayan Bakı şəhər sakini X.Məmmədov saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən aprelin 30-da rayon ərazisindəki evdən 1850 manat oğurlayan Qazax rayon sakini S.Mustafayev saxlanılıb.

Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də həyətyanı sahədən 100 metr elektrik naqili oğurlayan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılıb.

Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də rayon ərazisindəki evdən samovar və 70 metr elektik naqili oğurlayan
Bakı şəhər sakini V.Əliyev saxlanılıb.

Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən mayın 1-də “Nissan” markalı avtomobildən videoqeydiyyat qurğusu oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.