Şirvan və İsmayıllıda avtomobillərdən akkumulyator oğurlayanlar tutulub

Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də şəhər ərazisində 3 “Shacman” markalı yük avtomaşınından akkumulyatorlar oğurlayan şəhər sakinləri S.Günəşov və əvvəllər məhkum olunmuş P.Məmmədov saxlanılıblar.

Anoloji cinayətlər İsmayıllı rayonunda törədilib. Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlayan şəhər sakini A.Məmmədov saxlanılıb. Onun martın 14-nə keçən gecə daha 2 avtomobildən akkumulyator oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.