Nəsimi polisi vətəndaşın cibindən 105 manat oğurlayan şəxsi saxlayıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də rayon ərazisində, paytaxt sakini R.Həsənovun cibindən 105 manat oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə – heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.