Şəmkirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyadanı (onun adı hələ məlum deyil – red) avtomobil vurub.

Nəticədə piyada ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü avtomobillə ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.