Binəqədidə köçkünlərin yataqxanasında yanğın başladı

Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, yanğın paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən yataqxanaların birində qeydə alınıb.

Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.