Ağdaş sakini qohumunun evindən oğurluq edib

Median.Az xəbər verir ki, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 500 manat pul və qızıl-zinət əşyaları oğurlayan rayon sakini E.Məhiyəddinov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o zərərçəkmişin qohumudur.

RPŞ İstintaq bölməsində araşdırma aparılır.