Şirvanda “VAZ 2106” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, mayın 15-i saat 22 radələrində G.Şıxbala küçəsində, şəhər sakini Rauf Yaqubov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə həmyerlisi Nazim Axundovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.