Gəncədə “Toyota” naməlum şəxsi vurub, öldürüb


Median.Az
xəbər verir ki, mayın 16-ı saat 2 radələrində Gəncə şəhərində Samux rayon sakini T.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə 30-35 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.