Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü – VİDEO

Rusiyada azərbaycanlıların olduğu avtomobil karvanındakı maşınlardan biri qəzaya uğrayıb.

Hadisənin görüntüsü sosial şəbəkədə yayımlanıb.

Videodan görünür ki, üzərində Azərbaycan bayrağı olan “VAZ-2107” markalı avtomobilin sürücüsü avtoşluq etmək istəyən zaman idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub.

Hadisənin dəqiq baş vermə yeri, ölən və xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.