Kürdəmirdə 78 yaşlı qadını it dişləyib

Kürdəmir rayonunda 78 yaşlı qadını it dişləyib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Səbirə Soltan qızı Dadaşovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.