Şəmkirdə evə basqan edən 2 nəfər saxlanılıb


Median.Az
xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakinləri V.Şəfiyev və əvvəllər məhkum olunmuş Y.Kazımov saxlanılıblar.

Müəyyən edilib ki, onlar mayın 20-də rayon ərazisindəki evlərdən birinə qanunsuz daxil olub, ev sahibəsinin əl və ayaqlarını kəndir və yapışqanlı lentlə bağlayaraq, oradan 3000 rubl, mobil telefon və 3000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Şəmkir RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.