UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti veriblər – FOTO

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Median.Az-ın report-a istinadən məlumatına görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.