Şamaxıda yol qəzasında 2 qardaş ölüb

Median.Az xəbər verir ki, iyunun 1-i saat 16 radələrində Şamaxı şəhərində, rayon sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomaşınlar toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.