Qusarda güclü palçıq axını kartof sahələrini basdı – Fotolar

Qusarın dağlıq ərazidə yerləşən Ləzə kəndində güclü yağışdan sonra palçıq axını baş verib.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, vulkan püskürməsinə bənzəyən palçıq axını kənd təsərrüfatına ziyan vurub.

Təxminən 10-a yaxın ailənin kartof sahəsi palçıq qatının altında qalıb.

Sakinlər belə halın Ləzə kəndində ilk dəfə 1993-cü ildə də baş verdiyini, o zaman 3 evin palçıq altında qaldığını bildiriblər. 2006-cı ildə təkrarlanan palçıq axını da sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu.

Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası da məlumatlıdır. Əraziyə texnika göndərilib.