Sumqayıtda Mədəniyyət evinin damı yanıb

Sumqayıt şəhərində yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb.Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.