Göygöldə sərnişin mikroavtobusu məktəb binasına çırpıldı: 8 yaralı var

Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, onlardan ikisinin vəziyyəti kafidir, digər 6 nəfərə isə ambulator yardım göstərilərək evə buraxılıb.

İlkin məlumata görə, mikroavtobusda olanlar Göygöl rayonuna istirahətə gəliblərmiş.