Şamaxıda ərəb turist xəstəxanalıq oldu

Şamaxıda ərəb turist xəstəxanalıq olub.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şamaxıda olan istirahət mərkəzlərinin birində qeydə alınıb. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilən 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı cərrahiyyə şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı əcnəbi qonağın ayağının sınması aşkar edilərək tibbi yardım göstərilib.