Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib – YENİLƏNİB

Yevlaxda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə,1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.
Digər yaralıların müalicəsi davam etdirilir.

***

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Qoyunbinəsi kənd yolunda “VAZ” və “QAZel” markalı maşın toqquşub.

Nəticədə 3 nəfər – 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.