Qaradağda dəhşətli qəza: Hindistanlı zavod işçiləri öldü – VİDEO + YENİLƏNİB

Səhiyyə Nazirliyi Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Onlar 8-u Kliniki Tibbi Mərkəzə, 4-ü isə Respublika Kliniki Xəstəxanasına çatdırılıb.//oxu.az

19:52

Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.