Astarada qadının pulqabısını oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Ələsgərovanın, içərisində 187 manat olan pulqabısını oğurlayan Ərçivan qəsəbə sakini F.Baxşıyev saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.